AZ EN RU

İntellektual oyunun qalibi məlum olub

    Beynəlxalq  Gənclər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə muxtar respublika birinciliyinin əsas mərhələsi başa çatıb. Gənclər və İdman Nazirliyi, Naxçıvan Gənclər Fondu  və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən birgə təşkil olunan yarışmanın finalında 8 komanda iştirak edib.
    Qaydalara əsasən 2 turdan ibarət yarışmada iştirakçılar üçün müxtəlif mövzularda 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib. Nəticələrə əsasən “Buta” (Naxçıvan) komandası 20 xalla birinci olub. “Badamlı” (Şahbuz) 16 xalla ikinci yerdə qərarlaşıb. Aktivində 15 xal olan “Əlincə” (Culfa) isə üçüncülüklə kifayətlənib. 
    Qeyd edək ki, birincilikdə ilk üç yeri tutan komandalar 12 avqust tarixində Beynəlxalq Gənclər Günü ilə bağlı keçiriləcək yekun tədbirdə mükafatlandırılacaqlar. 

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.08.2022 18:45