AZ EN RU

İntellektual bilik yarışması

    Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı və maliyyə könüllülərinin  dəstəyi ilə 2 fevral – Gənclər Günü münasibətilə “Breyn-rinq” intellektual bilik yarışması təşkil olunub.
    Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Mehriban İmanova ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 2 fevral – Gənclər Günü münasibətilə iştirakçıları  təbrik edib, Azərbaycanımızın tərəqqisi yolunda həyata keçirdikləri fəaliyyətlərində onlara uğurlar arzu edib.
    Oyunun birinci yarısı bitdikdən sonra Maliyyə Tədris Mərkəzinin illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
    Komandaların topladığı xallar hesablanaraq qalib gələn komandalar müəyyən edilib. 8 komandanın iştirakı ilə gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışmasının sonunda birinci yerin qalibi olan  Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun “Xarıbülbül” komandasına mərkəz tərəfindən hədiyyə və sertifikatlar, ikinci yerin qalibi Naxçıvan Dövlət Universitetinin “Bayat” və üçüncü yerin qalibi “Naxçıvan” Universitetinin “Gilan“ komandasının üzvlərinə sertifikatlar  təqdim olunub.

Nəşr edilib : 02.02.2022 19:01