AZ EN RU

İNSAN KAPİTALININ FORMALAŞDIRILMASINDA “NAXÇIVAN” UNİVERSİTETİ MODELİ

“Naxçıvan” Universiteti ilə 113 milyon istifadəçisi olan Coursera arasında əməkdaşlıq. 
“Naxçıvan” Universiteti Dördüncü Sənaye İnqilabının beynəlxalq təhsil imkanları və tələbələrin məşğulluğu sahəsində regional lider olma rolunda irəliləyir.
Amerika Birləşmiş Ştatlarının Stanford Universiteti mərkəzli “Coursera” platformasının nümayəndəsi Nieves Cohen və Andy Poole “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru Rza Məmmədov və universitetin inzibati heyəti ilə görüş keçirib. Görüşün əsas məqsədi Coursera və “Naxçıvan” Universiteti XXI əsr bacarıqları əsasında insan kapitalının formalaşdırılmasına birgə xidmət etməkdir.
“Naxçıvan” Universiteti ilə əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edən Nieves Cohen əmək bazarında bacarıqlara olan tələblərin sürətli dəyişildiyini, yeni bilik və bacarıq tələblərinin ortaya çıxdığını ifadə edib. Bu dəyişikliyə təhsil ocaqları proqramları ilə cavab verməyə çalışsa da, təbiətindən asılı olaraq bu arzuolunan sürətdə deyil. Tələblərə sürətli cavab üçün əməkdaşlığın vacibliyini vurğulayan Andy Poole öz tövsiyələrini verib.
 “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru Rza Məmmədov universitetin dünya standartında, əlverişli, çevik və əmək bazarı ilə sıx əlaqəli təlim-tədris-tədqiqat üçbucağını formalaşdırmağı hədəflədiyini vurğulayaraq görüş üçün təşəkkürünü bildirib.
Görüşün nəticəsi olaraq, “Naxçıvan” Universitetinin təhsilalanları sürətli əmək və istehsalat bacarıqlarını Coursera təcrübəsi ilə öyrənəcəklər. Bu mövzuda University of Michigan, Yale University, Universidad de los Andes Colombia, Duke University, Macquarie University, Arizona State University, Imperial College London, Google, IBM, RICE və daha çox universitet və təşkilatların təcrübələrinə yiyələnəcəklər. Beləki Coursera platformasında 275-dən çox universitet və şirkətlər yer almaqdadır. 
“Naxçıvan” Universiteti Coursera ilə iş əsaslı tədris proqramları, Turnitin plagiat sistemi, rol əsaslı karyera, öyrənmə bacarıqlarının qiymətləndirilməsi və vaxtın idarəedilməsi, sənaye bacarıqları müqayisəsi, institusional proqram icmalları mövzularında əməkdaşlıq etmək üçün razılığa gəlinib. Coursera tərəfindən “Naxçıvan” Universitetinin tələbələrinə tədris prosesində və təcrübə proqramlarında, eyni zamanda məzun olub əmək bazarında daxil olduqlarında belə dəstək xidməti veriləcəkdir.
 

Nəşr edilib : 21.07.2023 18:39