AZ EN RU

"İnsan hüquqlarının pozulmasının" qarşısının alınması ilə bağlı seminarlar keçirilib

Naxçıvan Muxtar Respublikası Prokuroluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin təşkilatçılığı ilə Naxçıvan şəhər, Şərur, Babək, Culfa , Ordubad, Şahbuz, Kəngərli və Sədərək rayon prokurorluqlarında  seminarlar keçirilib.  Seminarlarda rayon prokurorluqlarının əməkdaşları və rayon Polis şöbələrinin müvafiq əməkdaşları iştrak edib.

 Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək “İşgəncələrin və qeyri - insani, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyasının tətbiqinə dair” Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin  birgə imzaladığı əmri barədə məlumat verib.

 Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.

Nəşr edilib : 23.02.2024 18:53