AZ EN RU

İnsan hüquqları günü münasibətilə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu münasibətlə iyunun 18-də Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib. 

Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açaraq bildirib ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan ölkəmizdə həyata keçirilmiş genişmiqyası islahatlar, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində baş verən köklü dəyişikliklər müstəqil Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummili lider tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdfiəsinə yönəlmiş müasir hüquq sisteminin formalaşmasına zəmin yaradıb.

Qeyd olunub ki, 1995-ci il noyabrın 12-də ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu və insan hüquqları və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunması ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoyub. Ulu öndərimiz tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokatik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafisinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaradıb. Görkəmli dövlət xadiminin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyini daha da artırırb. Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin ugurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilib. Bu sahəyə qayğının ifadəsi kimi ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqlari Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur və muxtar respublikada da bununla bağlı müxtəlif tədbirlər həyata keçirilir. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova çıxış edərək vurğulayıb ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanın hərtərəfli inkişaf edən diyarına çevrilmiş Naxçıvan Muxtar Respublikasında da hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi, vətəndaşların hüquq institutlarına inamının artırılması, onların müraciət etmək imkanlarının asanlaşdırılması ilə bağlı həyata keçirilən mühüm islahatlar davam etdirilir.

Diqqətə çatdırılıb ki, bilik yarışmasının keçirilməsində əsas məqsəd gənclər arasında Azərbaycan Respublikası Konstitusiyasının, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, Naxçıvanın muxtariyyətinin tarixi və hüquqi aspektlərinin hərtərəfli öyrənilməsinin təşviq edilməsi, muxtar respublikada gənclərin hüquq sahəsində olan maraqlarının artırılması, həmçinin gənc nəslin öz xalqı və dövlətinin gələcəyi naminə vətənpərvər ruhda formalaşması, intellektual səviyyəsi və dünyagörüşünün artırılması, muxtar respublikada istedad potensialının stimullaşdırılmasından ibarətdir. 

Ombudsman Ülkər Bayramova belə tədbirlərin gənclərin hüquqi biliklərinin artırılmasında mühüm rol oynayacağını qeyd edib, onlara bilik yarışmasında ugurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduhgu dövlət gənclər siyasəti ölkəmizdə olduğu kimi muxtar respublikamıda da məqsədyönlü şəkildə davam və inkişaf etdrilir. Son illər gənclərimizin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, onların sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət proqramlarının, irimiqyaslı layihələrin ugurla həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənc kadrların irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir. 

Qeyd edilib ki, belə tədbirlər gənclərin hüquqi biiklərinin artırılması ilə yanaşı, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına da öz töhfəsini verir.

İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra bilik yarışmasına start verilib. İki turdan ibarət bilik yarışında tələblər komanda şəklində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstutusiyalarına, həmçinin muxtariyyətin tarixi və hüquqi aspektlərinə dair biliklərini sınayıblar. 

Ali təhsil müəssisələrinin tələbələri arasında Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası birinci, “Naxçıvan” Universitetinin “Vətən” komandası ikinci, Naxçıvan Müəllimlər İnstitutunun “Zəfər” komandası isə üçüncü yerə layiq görülüb.

Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında isə Naxçıvan Tibb Kollecinin “Loğman” komandası birinci, Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası ikinci, Naxçıvan Musiqi Kollecinin “Simfoniya” komandası üçüncü yeri tutublar.

Sonda qalib gəlmiş və fərqlənən komandalar Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəxri fərmanı və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun diplomu ilə təltif olunub, onlara hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)

mətbuat xidməti

Nəşr edilib : 18.06.2022 15:13