AZ EN RU

“İnnovativ müəllim” təliminə 136 gənc müəllim cəlb olunub

Naxçıvanda hər tədris ilində ümumtəhsil məktəblərinin bilikli gənc müəllimlərlə təminatı diqqətdə saxlanılır, onların bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilir.  

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə 2023-2024-cü tədris ili üçün təhsil müəssisələrində yaranan vakansiyalar araşdırılıb, sentyabrın 30-dək 65 yaşı tamam olacaq pedaqoji heyət müəyyənləşdirilib və 17 ixtisas üzrə  200 vakant yer (2407 dərs saatı) müsabiqəyə çıxarılıb. Sənəd verən 1352 namizəddən 966-sı keçid balını toplayıb, 136 gənc kadr ən yüksək nəticə göstərib. Sentyabr ayında müəllimlərin işə qəbulu üzrə müsabiqədən müvəffəqiyyətlə keçən 136 gənc müəllimlə görüş keçirilib, onlar müvafiq dərs saatları ilə təmin edilib və 3 günlük “İnnovativ müəllim” adlı təlimə cəlb olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.01.2024 17:45