AZ EN RU

İnci çempion oldu, daha 3 Naxçıvan kikboksçusu mükafatçılar sırasında

Quba Olimpiya İdman Kompleksində kadetler, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə ölkə birinciliyi keçirilib. Yarışda üç yaş kateqoriyasında döyüşlər keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kikboksinq Federasiyası tərəfindən birgə təşkil olunan yarışa 66 klubdan ümumilikdə 561 idmançı qatılıb.

Birincilikdə Naxçıvan Kikboksinq Federasiyasından 3 məşqçi və 20 idmançı muxtar respublikanı təmsil edib. İdmançılarımız yeniyetmələr arasında 1 qızıl və 3 bürünc medal qazanıblar.

Son vaxtlar beynəlxalq arenada uğurlu çıxışı ilə seçilən İnci Allahverdiyeva 65 kiloqram çəki dərəcəsində ölkə çempionu olmağı bacarıb. Uğur Əliyev 63,5 kiloqram,  Ravil Alməmmədov 67 kiloqram və Rəsul Babayev 57 kiloqram çəki dərəcəsində bürünc medala layiq görülüblər. 

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2024 18:05