AZ EN RU

İnam Kərimov: Qürurverici haldır ki, builki seçkilər ilk dəfə işğaldan azad edilən ərazilərimizdə də keçiriləcək

Sevindirici, eyni zamanda, qürurverici haldır ki, builki seçkilər ilk dəfə olaraq işğaldan azad edilən ərazilərimizdə də keçiriləcək.

Bu barədə yanvarın 8-də Bakıda keçirilən regional seminar-müşavirədə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib.

Seçkilərə hazırlıq prosesinə artıq başlanıldığını, namizədlərin qeydiyyatının aparıldığını xatırladan İ.Kərimov qeyd edib: “Əvvəlki illərin təcrübəsini nəzərə alsaq deyə bilərik ki, bu işlər həmişə olduğu kimi, bu il də Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla idarə olunur”.

Nəşr edilib : 08.01.2024 12:36