AZ EN RU

İmtahanlar keçirilib

     Bu gün Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirib.  
    “Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 4 binada təşkil olunan imtahanlarda 927 nəfər iştirak edib. 76 zalda keçirilən imtahanların idarə olunmasına 11 rəhbər, 91 nəzarətçi ayrılıb.       Bu gün həm də rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib. Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda 69 namizəd iştirak edib. 6 zalda keçirilən imtahanın idarə olunmasına 1 imtahan rəhbəri, 7 nəzarətçi cəlb edilib. İmtahanların rahat keçməsi üçün hər cür şərait yaradılıb.

Nəşr edilib : 05.05.2024 14:00