AZ EN RU

İmtahanlar keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirib. 
“Şərq qapısı” xəbər verir ki, imtahanlar Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəb və Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında  keçirilib. Azərbaycan dili imtahanında 86 şagird və abituriyent, dövlət qulluğunun A və B növləri üzrə keçirilən imtahanda isə 34 dövlət qulluqçusu iştirak edib. İmtahanlara, ümumilikdə 2 imtahan rəhbəri, 10 nəzarətçi cəlb edilib.

Nəşr edilib : 12.05.2024 13:30