AZ EN RU

İmtahanlar keçirilib

İyunun 11-də Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul (II cəhd), doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə test imtahanları keçirib.

Magistraturaya qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda, ümumilikdə 71 binada təşkil olunub. İmtahanda 17 min 705 nəfər iştirak edib ki, onların 16 min 461-i Azərbaycan bölməsi, 1244-ü isə rus bölməsi üzrə imtahan verib. Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı Bakı və Naxçıvan şəhərlərində təşkil edilib. İmtahanda, ümumilikdə 2324 nəfər iştirak edib. Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunan musiqi sənəti istiqaməti üzrə 1072 abituriyent imtahan verib.

 Naxçıvan Muxtar Respublikasında magistraturaya qəbul imtahanı 2 binada təşkil edilib və 463 nəfər imtahanda iştirak edib. Saat 10:00 da başlayıb 3 saat davam edən imtahanın idarə olunmasına 6 rəhbər, 47 nəzarətçi ayrılıb. Doktoranturaya xarici dildən qəbul və fəlsəfə doktoru imtahanında 79 namizəd, musiqi istiqaməti üzrə ali məktəbə qabiliyyət imtahanında isə 152 abituriyent iştirak edib.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

Nəşr edilib : 11.06.2023 20:47