AZ EN RU

İmtahan rahat, şəffaf keçdi

Xəbər verdiyimiz kimi, Naxçıvanda ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu müsabiqəsinə start verilib. Müsabiqədə uğur qazanan namizədlər "Şərq qapısı" qəzetinə imtahan barədə təəssüratlarını bölüşüblər. 

Kəmalə Bayramova:- Müəllimlərin işə qəbulu müsabiqəsində Texnologiya müəllimliyi ixtisasından imtahan verdim. İmtahanda 88.75 bal topladım.  İmtahan rahat, şəffaf keçdi. Suallar çətin deyildi. Sevincliyəm ki, imtahanı uğurla başa vurdum.

Aysu Babayeva:- Bu gün keçirilən imtahanda Texnologiya ixtisası üzrə imtahan verdim. İmtahanın elektron qaydada təşkili bizə nəticələrlə yerindəcə tanış olmağa imkan verdi. Mən də 67.5 bal topladım. İmtahanın ilk dəfə mərkəzləşmiş qaydada keçirilməsi bilikli, peşəkar müəllimlərin işə qəbulunda mühüm rol oynayacaq.

Nəşr edilib : 02.07.2024 12:36