AZ EN RU

İ.M.Məmmədovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında media sahəsində səmərəli fəaliyyətinə görə İbrahim Məmməd oğlu Məmmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2024-cü il

Nəşr edilib : 16.07.2024 15:28