AZ EN RU

İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Siyavuş Eldar oğlu İsmayılovla İmişli rayonunun Şahverdili kəndində keçirilən vida mərasimi başa çatıb.

Şəhidin nəşi Şahverdili kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, İmişli Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nəşr edilib : 13.05.2024 14:21