AZ EN RU

İməcilikdə 15 min 620 meşə, meyvə ağacı, gül və bəzək, üzüm kolları əkilib

    Aprelin 9-da muxtar respublikada keçirilmiş iməciliklərdə 15 min 620 meşə, meyvə ağacı, gül və bəzək, üzüm kolları əkilib.
    Naxçıvan şəhərində, Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarındakı 1,2 hektarlıq yeni salınmış bağda 700 meyvə və üzüm, yaxınlıqdakı 1 hektar ərazidə bərpa məqsədilə isə 500 müxtəlif meyvə tingi əkilib, digər iməcilik sahələrində, ümumilikdə, 120 meyvə ağacı bərpa olunub.
   Həmin gün Şərur rayonunun Gümüşlü kəndinə gedən yolun kənarlarında bərpa məqsədilə 850 meyvə ağacı əkilib, yerlərdə təmizlik işləri aparılıb, Babək rayonunun Sirab kəndinə gedən yolun kənarlarında bərpa məqsədilə 150 meyvə ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Həmçinin Naxçıvan-Ordubad magistral yolunun Dəstə kəndi hissəsindəki 1,5 hektarlıq bağda 500 meyvə və 150 meşə ağacı, Şəhriyar qəsəbəsində 0,3 hektarlıq ərazidə bərpa məqsədilə 100 meşə ağacı və magistral yolun Əylis kəndi hissəsində 11 min zanbaq gülü əkilib. 
    Culfa rayonunun Saltaq kəndindəki 0,4 hektarlıq ərazidə 200 meyvə, Culfa düzündəki 0,3 hektarlıq sahədə 300 üzüm kolu, Naxçıvan-Sədərək magistral avtomobil yolunun Qabıllı kəndi hissəsindəki 4 hektarlıq ərazidə bərpa məqsədilə isə 320 meyvə ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Şahbuz rayonunda iməcilik ərazilərində yaşıllıqlara aqrotexniki qulluq edilib, Sədərək rayonunda isə 2 hektarlıq ərazidə 730 meyvə ağacı bərpa olunub, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 11.04.2022 19:05