AZ EN RU

"İmarət stadioni Ağdama geri qayitmaq istəyir"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə MOİK-ə qarşı keçirdikləri oyunu şərh edib.
“Sizi təbrik edirəm. Xankəndi stadionunda olduğumuz üçün həddindən artıq sevincliyəm. Neçə il bunu həsrətlə gözləyirdik”.
51 yaşlı mütəxəssis cənab Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür edib: "Şəhidlərimizin qəhrəmanlığı sayəsində buradayıq. Xalqımıza hər zaman sağlam və xoşbəxt olmağı arzulayıram. Bu matçda həyəcan var idi. Son saniyələrdə qolun vurulması maraqlı alındı. Rəqib sonadək mübarizə apardı. Onları təbrik edirəm".
Qurbanov MOİK-dən bu cür əzmkar mübarizə gözləmədiyini söyləyib: "Qapımız önündə bir neçə qol epizodları da yaratdılar. Oyunçularımız həyəcanlı olduqları üçün özlərini tam göstərə bilmədilər. Kubok matçlarını burada keçirmək istəyirik. Finala kimi getsək, burada oynamağı planlaşdıra bilərik. Gələcəkdə bu yöndə addımlar atılacaq. Cənab Prezidentin əsl azərbaycanlı kimi bir siyasəti var. "İmarət" stadionunu Ağdama geri qaytarmaq istəyir. Belə diqqət ayırdığına görə təşəkkür edirəm. Böyük məmnuniyyətlə orada oynayarıq".
Təcrübəli baş məşqçi Riçard Almeydanın başından zədə aldığı üçün görüşü davam etdirə bilmədiyini sözlərinə əlavə edib: "MOİK-in belə mübarizə aparması gələcəyə ümid verir. Onlar da bu gün tarixə düşdülər".

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 21.12.2023 17:47