AZ EN RU

İlk turun oyunlarına yekun vurulub - FOTO

16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında ilk turun oyunlarına yekun vurulub. 
23 ölkədən 200-ə yaxın şahmatçının iştirak etdiyi 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi ilə 9 turdan ibarətdir. 50 titullu şahmatçının mübarizə apardığı olimpiadanın reqlamentinə əsasən, hər bir komanda üzvünə ilk 40 gedişə 1 saat 30 dəqiqə, sonra oyunun sonunadək 30 dəqiqə əlavə vaxt verilir. 1-ci gedişdən başlayaraq hər gedişdən sonra 30 saniyə əlavə olunur. Heç-heçəyə razılaşmağa yalnız qaraların 40-cı gedişindən sonra icazə verilir. Olimpiada da  yerlər komanda üzvlərinin topladığı xalların cəminə görə müəyyən edilir.
Ölkəmiz bu nüfuzlu yarışda 5 komanda- “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4”  və “Aərbaycan-Naxçıvan" ilə təmsil olunur. 
İlk turun oyunlarına gəlincə “Azərbaycan-Naxçıvan” komandası Kuba komandası ilə üz-üzə gəlib. Şahmatçımız Hüseyn Seyid Diaz Hidalqo ilə sülh bağlayıb. Rza Həsənli Sol Qonzalesə uduzub,  Rəcəb Abdullabəyli Xose Hernandes və qız taxtasında mübarizə aparan şahmatçımız Nazlı Hümbətova ilə Ramos Kabalyero isə xalları yarı bölüblər - 2,5:1,5.
 Azərbaycan-1” komandası ilk turda Kanada komandasından üstün olub. 2,5:1,5. “Azərbaycan-2” komandası da eyni uğuru təkrarlayıb. Onlar “ Azərbaycan-3” komandasını məğlub ediblər. 3.5-0.5. 
“Azərbaycan-4” komandası isə Qazaxıstan komandası ilə görüşdən məğlub ayrılıb - 1:3
Yarışın favorit komandası hesab edilən İran millisi ilk turda çətinlik çəkmədən “Özbəkistan-2” komandasını məğlub edib. 3,5:0,5. “Gürcüstan-1” komandası isə “ Gürcüstan-2” komandasından üstün olub.4-0
İlk turda keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb. 
Sri-lanka – “Özbəkistan-1” 0:4
Hindistan - Panama 4:0
“Türkiyə-Red”-İngiltərə 3:1
“Türkiyə-White”-CAR 2:2
“Türkiyə-Anatoliya”-Malayziya 3:1
Meksika- Lebon 4:0
Honk Kong-Qırğızıstan 0,5:3,5
Monoqlustan-Azərbaycan Sumqayıt 4:0
CAR-3-Moldova 2.5-1.5
Banqladeş-“CAR-2” 3:1
Misir- Latviya 0:4

Qeyd edək ki, olimpiadaya oktyabrın 10-da yekun vurulacaq.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 02.10.2022 20:48