AZ EN RU

İlk finalçi İspaniya millisi olub

Futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində İspaniya və Fransa milli komandaları üz-üzə gəlib.
"Şərq qapısı" xəbər verir ki, gərgin keçən qarşılaşmada ispanlar rəqiblərini üstələməyi bacarıb - 2:1. Bununla da İspaniya milli komandası Avropa çempionatının final mərhələsinə yüksəlib.
Qeyd edək ki, İspaniya millisi finalda İngiltərə-Niderland cütlüyünün qalibi ilə qarşılaşacaq.

Nəşr edilib : 10.07.2024 01:14