AZ EN RU

İlk əmək fəaliyyətinə başladığım "Şərq qapısı" qəzeti muxtar respublikanın salnaməsidir

Bu günlərdə doğma "Şərq qapısı" qəzetinin  statusunun rəsmiləşməsi ilə bağlı qərarın verilməsi Prezident cənab İlham Əliyevin Naxçıvanın hərtərəfli inkişafı naminə həyata keçirdiyi ardıcıl islahatların davamı kimi diqqəti cəlb edir. 
Gənc jurnalist kimi ilk əmək fəaliyyətinə başladığım bu qəzet muxtar respublikanın bir əsrdən artıq dövrünü əhatə edən salnaməsidir. Xüsusilə ötən əsrin 90-cı illərində Naxçıvan teleradiosu ilə birgə Ulu Öndər Heydər Əliyevin əsas söz tribunasına çevrilən "Şərq qapısı" ölkəmizin müstəqilliyi yolunda öz tarixi missiyasını uğurla icra etmişdir. Sevinirəm ki, doğma qəzetimiz bu gün də özünün analitik məqalələri, hadisələrə obyektiv və operativ yanaşması ilə diqqəti cəlb edir, onlayn medianın diqtə etdiyi kəskin rəqabət mühitində seçilir. Bütün bu yeniliklər münasibətilə həmkarlarımızı  təbrik edir, davamlılıq arzulayıram!

Sahil TAHİRLİ 
“Naxçıvan Muxtar Respublikası Televi­ziya və Radio Verilişləri”

Qapalı Səhmdar Cəmiyyətinin sədri

Nəşr edilib : 02.05.2024 09:24