AZ EN RU

İlk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici infosessiya keçirilib

Bu gün “Naxçıvan” Universitetində 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ilk dəfə səs verəcək tələbə-gənclər üçün seçki hüququ ilə bağlı maarifləndirici infosessiya keçirilib. Görüş Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə gerçəkləşib. 

Universitetin Ümumi işlər üzrə prorektoru Afin Məmmədov gəncləri seçkilərdə ilk dəfə səsvermə hüququ qazanmaları münasibətilə təbrik edərək infosessiyanın keçirilmə səbəbi və  mahiyyəti barədə məlumat verib,

4 saylı   Naxçıvan şəhər Dairə Seçki Komissiyasının sədri Çingiz Həsənli tərəfindən  gənclərə səsvermə proseduru, seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər izah olunub və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, infosessiyanın  keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Nəşr edilib : 15.01.2024 17:43