AZ EN RU

İlk dəfə səs verəcək tələbələr üçün infosessiya keçirilib

 Yanvarın 24-də Naxçıvan Dövlət Universitetinin nəzdində olan Texniki Kollecdə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ilk dəfə səs verəcək tələbə-gənclər üçün seçki hüququ ilə bağlı maarifləndirici infosessiya keçirilib.

Texniki Kollecinin direktoru Asəf Ruşanov bu il ilk dəfə səs verəcək gəncləri seçkilərdə səsvermə hüququ qazanmaları münasibətilə təbrik edib, keçirilən tədbirin mahiyyəti barədə məlumat verib,

Sonra 4 saylı Naxçıvan şəhər Dairə Seçki Komissiyasının sədri Çingiz Həsənli gənclərə səsvermə proseduru, seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Görüş Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə gerçəkləşib. İnfosessiyanın  keçirilməsində məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Qeyd edək ki, analoji maarifləndirmə tədbiri Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində də keçirilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 24.01.2024 14:24