AZ EN RU

İlk dəfə səs verəcək tələbələr üçün infosessiya keçirilib

Naxçıvan Dövlət Universitetində 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ilk dəfə səs verəcək tələbə-gənclər üçün seçki hüququ ilə bağlı maarifləndirici infosessiya keçirilib.

Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqədar üzrə prorektoru Arzu Abdullayev bu il ilk dəfə səs verəcək gəncləri seçkilərdə səsvermə hüququ qazanmaları münasibətilə təbrik edib, keçirilən tədbirin mahiyyəti barədə məlumat verib,

Sonra 4 saylı Naxçıvan şəhər Dairə Seçki Komissiyasının sədri Çingiz Həsənli gənclərə səsvermə proseduru, seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, infosessiyanın  keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Qeyd edək ki, görüş Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə gerçəkləşib. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 23.01.2024 14:40