AZ EN RU

İlin yekunları müzakirə olunub

    Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı idarə heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda təşkilatın sədri Mirməcid Seyidov məruzə ilə çıxış edərək ötən il görülən işlər barədə danışmışdır. Qeyd olunmuşdur ki, 2020-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının aidiyyəti təşkilatlarla əlaqələri daha da möhkəmlənmiş, müxtəlif mövzularda silsilə tədbirlər keçirilmişdir. Belə ki, hesabat ilində təşkilat, onun şəhər və rayon şöbələri tərəfindən 40-dan artıq tədbir keçirilmiş kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edilmişdir.
    Aid qurumlarla birlikdə müharibə iştirakçılarının, şəhidlərimizin qəhrəmanlıqlarla dolu döyüş yolunun təbliği və gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşması məqsədilə onların muxtar respublikanın şəhid ailələri ilə görüşləri reallaşdırılmış, müharibə iştirakçılarının keçirilən tədbirlərdə iştirakı təmin olunmuş, videosüjetlər hazırlanmışdır.
    Hesabat dövrü ərzində müxtəlif kateqoriyalar üzrə müharibə iştirakçıları və şəhid ailələrinin qeydiyyatının aparılması işi davam etdirilmişdir. Əsasən, Vətən müharibəsində şəhid olan, xəsarət almış və müharibə veteranı adı qazanan muxtar diyarımızdan olan müharibə iştirakçıları haqqında məlumatların toplanması işi aparılır. Şəhidlərin, o cümlədən muxtar respublikamızdan olan milli qəhrəmanların xatirə günlərinin keçirilməsi təmin olunmuşdur.
    Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının şəhər va rayon şöbələrinin sədrləri çıxış edərək ötən il görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.01.2022 20:08