AZ EN RU

İlin ən yaxşı rektoru mükafatı təqdim edilib

    Naxçıvan Dövlət Universitetində təşkil edilən mükafatlandırma mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev ötən il universitetin qazandığı uğurları diqqətə çatdırıb. Sonra videoçarx nümayiş olunub. 
    Qafqazın ən böyük təhsil səhifəsi olan Azərbaycan universitetləri “Facebook” sosial şəbəkəsinin rəhbəri Zöhrab Süleyman qeyd edib ki, 2011-ci ildən yaradılan səhifə 11 ildir ki, təhsil sahəsi üzrə yenilikləri cəmiyyətə çatdırır. Vurğulanıb ki, 2013-cü ildən bəri ildə iki dəfə olmaqla keçirilən müsabiqə ali təhsil ocaqları arasında sağlam rəqabət mühitinin formalaşmasına öz müsbət təsirini göstərir. Qeyd edilib ki, öz unikallığı ilə seçilən sorğu bəyənmələrlə yanaşı, universitet və rektor haqqında yazılan müsbət rəylərlə də digərlərindən fərqlənib.Vurğulanıb ki, 405 mindən çox izləyicisi olan səhifədə 40 faiz səs çoxluğu ilə Elbrus İsayev qalib seçilib. 
    Ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev qazandığı uğuru muxtar respublikada ali təhsil quruculuğu istiqamətində aparılan uğurlu siyasətin bəhrəsi universitetin nailiyyəti, ona verilən dəyər kimi səciyyələndirib. Diqqətə çatdırılıb ki, muxtar respublikada elmə, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ali təhsil ocağı müxtəlif yeniliklərə imza atıb, beynəlxalq əməkdaşlıqda uğurlar əldə edib, ikili diplom layihələrinə start verib. Rektor 2021-ci ilinali təhsil ocağı üçün bir sıra mühüm yeniliklərlə yadda qaldığını diqqətə çatdırıb. 
    Azərbaycan universitetləri “Facebook” sosial şəbəkəsinin rəhbəri Zöhrab Süleyman ilin ən yaxşı universitetinin ən yaxşı rektoru plaketini Elbrus İsayevə təqdim edib. 
    Qeyd edək ki, Elbrus İsayev hər üç – “Facebook”, “Instagram”, “Telegram” sosial şəbəkə hesablarında qalib olub. Tədbirdə çıxış edənlər rektoru təbrik edib, ona peşəkar və yorulmaz fəaliyyətində uğurlar arzulayıblar. 
    

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 18.01.2022 19:35