AZ EN RU

İlin ən yaxşi elmi-tədqiqat işi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin AMEA Naxçıvan Bölməsi ilə birlikdə təşkil etdiyi “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı, Naxçıvan Şəhər Qız Liseyinin şagirdi Tahirli Altunay Sahil qızı “Naxçıvantəpə yaşayış yeri və onun ətrafının arxeoloji tədqiqi” mövzusu ilə 6 fevral 2023-cü ildə, Ufa şəhərində, elmi-tədqiqat işləri ilə bağlı keçirilən XI Ümumrusiya müsabiqəsində iştirak etmiş və birinci dərəcəli diploma layiq görülmüşdür. Onun məqaləsi elmi-tədqiqat işlərinin toplusunda nəşr olunmuş və ilin ən yaxşı elmi işi kimi ikinci dərəcəli diplomla təltif olunmuşdur.

Xəbərlər şöbəsi

Nəşr edilib : 14.02.2023 17:55