AZ EN RU

İlin birinci rübündə 98,6 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-mart aylarında 98,6 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirlikdən bildiriblər ki, onlardan 44,2 min nəfəri münasib işlərlə təmin edilib, 683 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 3,4 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 50,3 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Nəşr edilib : 10.04.2024 17:56