AZ EN RU

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinin qeyd olunması məqsədilə tədbir keçirilib

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının 
Prezidenti seçilməsinin 20 illiyinin qeyd olunması məqsədilə 10-25 oktyabr 2023-cü il tarixləri çərçivəsində Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Dövlət Universitetinin nəzdində olan Naxçıvan Dövlət Texniki Kollecin təşkilatçılığı, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin dəstəyi ilə kollecinin tələbələri arasında "Debat Liqası" layihəsi baş tutub. Keçirilən final mərhələsinin açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli, Texniki Kollecin direktoru Asəf Ruşanov və layihənin rəhbəri Bağdagül Cəfərli çıxış edib, tədbir haqqında fikirlərini bildiriblər. Liqada ümumilikdə 8 komanda, hər komandanın tərkibində isə 3 nəfər olmaqla 24 tələbə iştirak edib. Yekuna əsasən "Liberal" komandası I, "Sirius" komandası II yerə layiq görülüb. Yer tutan komandalara idarənin diplom və medalları, layihənin idarə heyətinə isə diplom və sertifikatlar təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 26.10.2023 09:58