AZ EN RU

İlham Əliyev gerçəkliyi: davamlı inkişaf, qüdrətli dövlət, tarixi Zəfər

Naxçıvan Dövlət Universitetiində “İlham Əliyev gerçəkliyi: davamlı inkişaf, qüdrətli dövlət, tarixi Zəfər” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərimizin əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayəb. Universitetin rektoru, dosent Elbrus İsayev çıxış edərək bildirib ki, son iyirmi ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dinamik inkişaf yoluna çıxarmaqla Ulu Öndər Heydər Əliyevin və bütövlükdə xalqın Ona olan etimadını doğrultdu.

Rektor uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdən geniş bəhs edərək bildirib ki, bu, müstəqillik tariximizin ən parlaq səhifəsidir. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanıtdı. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevin “İlham Əliyev - Azərbaycan xalqının arzularını reallaşdıran lider” adlı çıxışında qeyd edib ki, Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsidir. Müzəffər Ali Baş Komandan kimi tarixə düşən cənab İlham Əliyevin rəhbərliyi ilə bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə 20 illik prezidentlik fəaliyyətindəki ən parlaq tarixi məqamlarından oldu.     Tədbirdə Universitetin Tarix-filologiya fakültəsinin Tarix ixtisası üzrə II kurs tələbəsi Əziz Vəliyevin “Prezident İlham Əliyevin gənclər siyasəti gələcəyə hesablanmış uğurlu siyasətin təcəssümüdür” mövzusunda çıxışı dinlənilib. Sonda  Bakı Media Mərkəzinin hazırladığı “İlham” sənədli filmi nümayiş etdirilib.

Naxçıvan Dövlət Universitetinin

 Televiziya, mətbuat və ictimaiyyətlə

 əlaqələr bölməsi

Nəşr edilib : 23.10.2023 09:20