AZ EN RU

İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalıda da qeyd edilib

 Xocalının bərpa və tikintisində çalışan işçilər çərşənbə tonqalı qalayıblar. Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Xocalı sakini Elşən Vəliyev oxuduğu “Qarabağ” mahnısı ilə hər kəsə bayram sevinci ilə yanaşı fərəhlə dolu duyğular bəxş edib.
Bu gün Xocalıda qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.

Nəşr edilib : 05.03.2024 20:28