AZ EN RU

İKT üzrə maddi-texniki baza təkmilləşdiriləcək

Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin kompüter, proyektor və elektron lövhələr ilə təmin edilməsi və veb kameraların quraşdırılması istiqamətində müvafiq işlər həyata keçiriləcək. Bu məqsədlə ötən il oktyabrın 26-da “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 28-də  müsabiqə uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “HALAL-P” MMC ilə satınalma müqaviləsi imzalanması üzrə müvafiq işlər aparılır. Sözügedən tədbirlərin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 1.500.000 manat vəsaitin 1.328.476,0  manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 171.524,0 manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 11.01.2024 20:50