AZ EN RU

İkinci qrupda dövlət sifarişli yerlərin sayı artırılıb

İkinci ixtisas qrupunda da demək olar ki, bütün universitetlər dövlət sifarişli (DS) yerlər təqdim edirdi.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, amma bu il beynəlxalq ticarət logistika və marketinq ixtisası üzrə Bakı Mühəndislik Universiteti dövlət sifarişli yerlərin verilməsində iştirak edir. Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə DS siyahısında var. Bu, bu il üçün yenilikdir. Bakı Dövlət Universitetində isə statistika ixtisası DS plan yerlərində siyahıda var.

M.Abbaszadə qeyd edib ki, ikinci ixtisas qrupunda Azərbaycan Dövlət Aqrar Universitetinin Türkiyə Egey Universiteti, Naxçıvan Dövlət Universitetində Türkiyə Çankırı Universiteti ilə ikili diplom proqramı var.

Nəşr edilib : 11.08.2023 12:26