AZ EN RU

İkigünlük istirahət maraqlı və yaddaqalan olub

    Bu gün ölkəmizin istənilən yerində müxtəlif dövlət strukturlarında çalışan əməkdaşların, eləcə də mətbuat sahəsində fəaliyyət göstərən jurnalistlərin və media işçilərinin vaxtlarının səmərəli keçirilməsi üçün bir sıra layihələr icra olunur. Hər il 22 iyul – Milli Mətbuat Günü ərəfəsində olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə muxtar respublikamızdakı media nümayəndələrinin Ağbulaq İstirahər Mərkəzinə ikigünlük mədəni istirahəti təmin edilib. Bu, artıq Şuranın icra etdiyi davamlı, mütəmadi layihələrdən biridir. Qeyd etdiyimiz kimi, iki gün davam edən istirahət çox maraqlı və yaddaqalan olub. Media nümayəndələri bu vaxt ərzində İstirahət Mərkəzindən sosial şəbəkə hesablarında maraqlı fotoşəkillər paylaşıblar və istirahətdən, həmçinin onlara göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər. 
    Qeyd edək ki, göstərilən diqqətə görə “Şərq qapısı” qəzetinin kollektivi də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına minnətdarlıq edir. 
 

Nəşr edilib : 17.07.2023 19:16