AZ EN RU

İki Naxçıvan şahmatçısı mükafatçılar sırasında

    Qubada “Məmmədyarovlar kuboku 2023” adlı beynəlxalq şahmat festivalı keçirilib. Ümumi mükafat fondu 10000 manat olan turnirdə müxtəlif yaş qruplarına mənsub şahmatçılar olmaqla A və B qrupları üzrə 150 şahmatçı qələbə uğrunda mübarizə aparıb.
    Naxçıvan Şahmat Mərkəzinin şagirdləri yarışda uğur əldə etməyi bacarıblar. B qrupunda yarışan Turan Mirzəyev 9 oyuna 6,5 xal toplamağı bacarıb. Bu nəticə ilə 120 şahmatçı arasında 7-ci olan Turan pul mükafatı və diplomla təltif olunub. Həmin qrupdakı digər təmsilçimiz Uğur Mirzəyev isə 6 xallıq göstərici ilə 12 yaş kateqoriyasında birinci olub.
 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 11.08.2023 15:50