AZ EN RU

İki Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya olunub

Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq, Azərbaycan vətəndaşları Hüseynov Rahib Sahib oğlu və İbrahimov Murad Teyyub oğlunun Rusiyadan ekstradisiyası haqqında qərar qəbul olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayon polis idarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə İbrahimov Murad Teyyub oğlunun qəsdən sağlamlığa ağır zərər vurma, Hüseynov Rahib Sahib oğlunun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə beynəlxalq axtarışa veriliblər.

Murad İbrahimov və Rahib Hüseynov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Nəşr edilib : 20.06.2024 16:56