AZ EN RU

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Martın 19-da Audiovizual Şurasının növbəti iclası keçirilib və bir sıra məsələlərə baxılıb.
Şuranın məlumatına görə, iclasda Audiovizual Şuranın 2024-cü il 23 yanvar tarixli 01/24-01 nömrəli qərarı ilə ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqəyə sənəd vermiş “Sağlam Media” MMC-nin və “Orion Sky” MMC-nin iddiaçı kimi müsabiqəyə buraxılması, iddiaçıların müsabiqə şərtlərinə uyğunluğu və yayım imkanları barədə rəy verilməsi üçün müvafiq komissiyanın yaradılması haqqında qərar qəbul edilib.
Sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunub. Qəbul olunmuş müvafiq qərarlara əsasən, “AZ-EVRO TEL” MMC-yə (operator xidmət adı: “Azeurotel”) sadə platforma operatoru, “SPORT TV.AZ” MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (idman janrlı, televiziya redaksiya adı: “Sport TV”) lisenziyaları verilib.

Nəşr edilib : 19.03.2024 14:27