AZ EN RU

III ixtisas qrupu üzrə növbəti qəbul imtahanı keçirilib

    İyulun 6-da Dövlət İmtahan Mərkəzi III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. 
    İmtahan respublikanın 12 şəhər və rayonunda təşkil olunub. İmtahan saat 1000-da başlanıb və 3 saat davam edib.  İmtahan keçirilən şəhər və rayonlarda 70 imtahan binası, 1242 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 206 imtahan rəhbəri, 1556 nəzarətçi-müəllim, 202 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb. İmtahanda 16 min 620 abituriyent iştirak edib. Abituriyentlərdən 15 min 159 nəfəri Azərbaycan, 1461 nəfəri isə rus bölməsinin məzunudur.
    Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan şəhər 5, 11, 14 nömrəli tam orta məktəblərdə təşkil olunub. 765 abituriyentin iştirak etdiyi imtahanın keçirilməsi üçün 61 zal, 9 rəhbər, 73 nəzarətçi ayrılıb. Nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 06.07.2022 20:09