AZ EN RU

II və III ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM)  II və III ixtisas qrupları üzrə  ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsini keçirir. Həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni üzrə əlavə imtahan da təşkil olunacaq.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 7 binada keçirilən imtahanlarda, ümumilikdə, 1889 abituriyent iştirak edir. İmtahanın idarə olunmasına  25  rəhbər, 188 nəzarətçi ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edəcək.
Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

 

Bülbül Quliyeva

Nəşr edilib : 07.07.2024 09:21