AZ EN RU

II və III ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qruplarının ikinci mərhələsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan respublikanın 22 şəhər və rayonunda təşkil edilib. 

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanda, ümumilikdə, 1889 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 25 rəhbər, 188 nəzarətçi ayrılıb. 

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

Bülbül Quliyeva

Nəşr edilib : 07.07.2024 13:21