AZ EN RU

II ixtisas qrupu üzrə növbəti qəbul imtahanı keçirilib

    İyulun 7-də Dövlət İmtahan Mərkəzi II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. 
    Respublikanın 12 şəhər və rayonunda təşkil olunan imtahan  1000-da başlanıb və 3 saat davam edib. İmtahan keçirilən şəhər və rayonlarda 67 imtahan binası, 1177 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 67 ümumi imtahan rəhbəri, 195 imtahan rəhbəri, 1474 nəzarətçi-müəllim, 167 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb. İmtahanda 15 min 736 abituriyent iştirak edib. 
      Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan şəhər 12, 15 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərdə təşkil edilib. 670 abituriyentin iştirak etdiyi imtahanın keçirilməsi üçün 58 zal, 9 rəhbər, 70 nəzarətçi ayrılıb. 
    Nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 07.07.2022 21:15