AZ EN RU

"II Bakı Beynəlxalq ətraf mühit, sosial və korporativ idarəetmə üzrə konfrans" keçirilib

Bu gün “Yaşıl dünya naminə həmrəylik ili” və payızda Bakının ev sahibliyi edəcəyi COP29-a həsr olunan “II Bakı Beynəlxalq ətraf mühit, sosial və korporativ idarəetmə üzrə konfrans” keçirilib.
Konfransda Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Adreyeva, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, “Azərlotoreya” ASC İdarə Heyətinin sədri Osman Karakuş, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademyasının rektoru Urxan Ələkbərov, Milli Məclisin deputatı Nigar Arpadarai, Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış ediblər.
Çıxışlarda bildirilib ki, dünyada baş verən hadisələr, ətraf mühit və iqlim dəyişiklikləri fonunda Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29-un bu il Azərbaycanda keçirilməsi ölkəmizdə ətraf mühit, sosial rifah və idarəetmə məsələləri biznes təşkilatlarının da inkişaf təməlini təşkil edəcək. COP29 çərçivəsində keçirilən konfransda aktual mövzular səsləndirilib, təcrübə mübadiləsi aparmaqla gələcək təşəbbüslər və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq naminə səylərin  birləşdiriləcəyi vurğulanıb. Konfransın, həmçinin iştirakçılar arasında işgüzar əlaqələrin inkişafına və tərəfdaş münasibətlərin yaranmasına töhfə verəcəyi diqqətə çatdırılıb.
Tədbirdə Dayanıqlı İnkişaf kontekstində ətraf mühitə təsirin azaldılması, şirkətlərin sosial məsuliyyətinin artırılması və korporativ idarəetmənin gücləndirilməsinə yönəlmiş təcrübəyə və strategiyanın hazırlanmasına xüsusi diqqət yetirilib. Qeyd olunub ki, əsas məqsədlərdən biri iqtisadiyyatın müxtəlif sahələrində və cəmiyyətdə dayanıqlı inkişafa nail olmaqdır.

Nəşr edilib : 06.03.2024 20:14