AZ EN RU

İgid oğullarımızın sayəsində Vətənimiz bütöv oldu

Vətən müharibəsinin igidlərindən olan İslam Eyvazovun  anası Aytən ana : "Bu toy mərasiminin burada, düşmənin beş addımlığında keçirilməsi  bizim balalarımıza qura bilmədiyimiz toy mağarının, bəzəyə bilmədiyimiz xonçaların, ürəyimizdəki bala həsrətinin  qisasını aldı  düşməndən.  Batabat yaylağından yüksələn Qərbi Azərbaycana qayıdış sədalarını eşidən ermənilər gizlənməyə yer axtardı.İslam kimi oğullar bəy paltarını kəfənlə dəyişməkdən çəkinməyib canını Vətənə qurban verdi. Onların igidliyi sayəsində düşmən başını itirdi. 
Bu gün burada qurulan toy mağarını, inşallah, gələcək illərdə Göyçədə qurarıq".

Nəşr edilib : 22.06.2024 11:14