AZ EN RU

İƏT Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb.Bəyanatda deyilir: “1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində törədilən soyqırımının 32-ci ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi cənab Hissein Brahim Taha şəhid olanların xatirəsinə ehtiramını bildirib.

Baş katib Xocalı hadisəsinin Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsi olduğunu bir daha vurğulayıb. O, 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilmiş Qahirə Yekun Bəyannaməsinə (117-ci bənd) və “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında” 47/49-POL saylı Qətnaməyə istinad edib, 2023-cü ildə Mavritaniya İslam Respublikasının Nuakşot şəhərində keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında qəbul edilmiş və işğal olunmuş Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi qiymətləndirib”.

Nəşr edilib : 27.02.2024 10:41