AZ EN RU

İdmançımız Türkiyədə peşəkar döyüşün qalibi olub

    Türkiyənin Muş vilayətinin Bulanıq bölgəsində ilk dəfə olaraq muay tay üzrə peşəkar döyüş gecəsi təşkil olunub. “Muaythaı Figh Night” adlı idman tədbirində Türkiyə ilə yanaşı, Azərbaycan və İrandan olan idmançılar da iştirak ediblər. 
    Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Namiq Musayevin rəhbərliyi ilə muxtar respublikadan 4 idmançı yarışa qatılıb.  Onlardan yalnız biri – 63,5 kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Həsənov türkiyəli Ufuk Bakırhanla görüşü qalibiyyətlə tamamlayaraq qızıl medala və kəmərə sahib çıxıb. Digər idmançılarımız gümüş medalla təltif olunub.    

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.12.2023 19:16