AZ EN RU

İdmançımız Tbilisi marafonunda uğur qazanıb

İdmançımız Tbilisi marafonundan medalla qayıdır. Gürcüstan paytaxtında "TbilisiMarathon-2023" adlı beynəlxalq idman tədbiri reallaşıb. Beşinci dəfə təşkil olunan ənənəvi marafonda 2000-dən çox iştirakçı müvafiq olaraq uşaq qaçışı (0,5 və 1,2 km) 10 kilometr məsafəyə qaçış və yarı marafonda (21 km) mübarizə aparıb.

10 km məsafə üzrə qeydiyyatdan keçən Naxçıvan idmançısı Əmrah Nağıyev start xəttindən finişədək 37 dəqiqə 4 saniyə vaxt sərf edib. Nəticədə təmsilçimiz ümumi sıralamada 13-cü yerdə qərarlaşıb. Bununla yanaşı, həmin göstəricilər sayəsində Əmrah 20-24 yaş qrupunun qalibi olub. İdmançımız marafonun medalına layiq görülüb.

Xatırladaq ki, bundan öncəki Tbilisi və İstanbul marafonlarında uğurla çıxış edən Əmrah Nağıyev atletika üzrə Azərbaycan birincilikləri, eləcə də beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.

Naxçıvan Muxtar Respublikası

 Gənclər və İdman Nazirliyinin

 mətbuat xidməti

Nəşr edilib : 04.10.2023 11:24