AZ EN RU

İdmançımız peşəkar döyüşdə qələbə qazanıb

Türkiyənin İstanbul şəhərində kikboksun K-1 versiyasında “Akın Fight Arena” peşəkar döyüş gecəsi keçirilib. Hadımköy İdman Kompleksində reallaşan tədbirdə qadın və kişi kikboksçuların “Kombat K-1 kuboku” uğrunda mübarizəsi izlənilib. 

Naxçıvan Kikboksinq Federasiyasının idmançısı Qənbər Əzimov  (80 kq) türkiyəli Berke Tuncerlə qarşılaşıb. Görüşdən qalib ayrılan təmsilçimiz əsas mükafata sahib çıxıb.

 

Qeyd edək ki, Qənbər Əzimov həm də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Karyerası ərzində kikboks üzrə WAKO dünya və Avropa birinciliklərində 2 gümüş, 1 bürünc, WPKA dünya birinciliyində qızıl medal qazanıb, 6 dəfə Azərbaycan çempionu olub. 16 peşəkar döyüş keçirib və bunlardan 15-də qələbəsi, 1-də isə bərabərlik qeydə alınıb.    

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.11.2023 10:19