AZ EN RU

İdmançılarla görüş

    İlham Əliyev adına Olimpiya İdman Kompleksində sentyabr ayı ərzində uğur qazanan Naxçıvan şəhər idmançıları ilə görüş keçirilib. 
    Çıxış edənlər idmançıları əldə etdikləri nailiyyətlərə görə təbrik edib və bundan sonra iştirak edəcəkləri yarışlarda uğurlar arzulayıblar. Çay süfrəsi arxasında davam edən görüşdə idmançılarla söhbət aparılıb, onların fikirləri dinlənilib. Sonda idmançılara ay ərzində əldə etdikləri yüksək nəticələrə görə idarə adından fəxri fərmanlar təqdim edilib. 
    Naxçıvan Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkil etdiyi görüşdə 22 idmançı iştirak edib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 06.10.2023 20:32