AZ EN RU

İdmançılarımızdan uğurlu nəticələr

    Abşeron Olimpiya İdman Kompleksində uşu üzrə Bakı açıq çempionatı keçirilib. Uşu Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 10-dan çox komandadan 130-a qədər idmançı iştirak edib. 
    Naxçıvan Kikboksinq Federasiyasının idmançıları da medallar uğrunda mübarizə aparıblar. Belə ki, məşqçi Kaməddin Rzayevin rəhbərliyi ilə yarışa 2 idmançımız qatılıb və uğurlu nəticəyə nail olub. Əli Nəsrullayev öz yaş qrupu üzrə (2008-2009) 33 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün zirvəsinə yüksəlib. Fərişad Süleymanov isə (2006-2007) 52 kiloqram çəki dərəcəsi üzrə ikinci olub. Uğurlu nəticə əldə edən idmançılar diplom və medalla təltif olunublar. 
    Məlumat üçün bildirək ki, uşu idman növü Gənclərin Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.08.2022 19:47