AZ EN RU

İdmançılarımızdan uğurlu nəticə

 

    Türkiyənin İstanbul şəhərində MMA (Qarışıq döyüş sənətləri) üzrə peşəkar döyüş gecəsi keçirilib. 
    Qəfəs döyüşlərində məşqçi Etibar Qəribovun tələbəsi, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının idmançısı Qənbər Nəqiyev də mübarizə aparıb. Üç raunddan ibarət olan görüşdə idmançımızın rəqibi iranlı Mehdi Poyamaneş olub. Döyüşdə bütün üstünlüyü ələ alan Qənbər Nəqiyev rəqibini məğlub edib.
    Sonda idmançımıza medal və kubok təqdim olunub.

***

   Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 yaşadək yeniyetmə arasında keçirilən cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.
    Birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı Səid Seyidov da mübarizə aparıb. İdmançımız 50 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxıb.
    Finala qədər bütün rəqiblərini məğlub edən cüdoçumuz yalnız həlledici görüşdə məğlub olaraq gümüş medal qazanıb.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 15.12.2022 20:23