AZ EN RU

İdmançılarımızdan uğurlu nəticə

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində yerləşən İdman Sağlamlıq Mərkəzində full kontakt karate növləri üzrə açıq birincilik keçirilib.
    Milli Olimpiya Komitəsinin yaradılmasının 30-cu ildönümünə həsr olunan yarışa ölkənin müxtəlif şəhər və rayonlarından, ümumilikdə, 400-dən çox idmançı qatılıb. 
    Naxçıvan Karate-do Federasiyasından 36 idmançısı yarışda öz qüvvəsini sınayıb. Nəticələrə əsasən Məhəmməd Abbaslı (16-17 yaş, 60 kiloqram), Afiq Haqverdiyev (12-13 yaş, 55+ kiloqram), Canər Abbaszadə (12-13 yaş, 50 kiloqram), Nərgiz Həsənli (12-13 yaş, 50 kiloqram), Kənan Qəmbərov (10-11 yaş, 40 kiloqram), Nizami Orucov (10-11 yaş, 30 kiloqram), Nur Əliyeva (10-11 yaş, 35- kiloqram), Əli Əzizov (8-9 yaş, 30+ kiloqram), Fatimə Bağırzadə (8-9 yaş, 25+ kiloqram), Saleh Qəmbərov (6-7 yaş, 25 kiloqram) müvafiq kateqoriyalar üzrə birinci yerə layiq görülüblər. Digər təmsilçilərimizin nəticələri ilə birgə Naxçıvan karateçiləri yarışı 10 qızıl, 9 gümüş və 7 bürünc medalla tamamlayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.08.2022 18:46