AZ EN RU

İdmançılarımız Mərsin Marafonunda iştirak edib

Dünya Atletika Birliyi tərəfindən “Elite Label” kateqoriyasına salınan V Beynəlxalq Mərsin Marafonunda 25 ölkədən 1700-ə yaxın idmançı iştirak edib. Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya xalı verilməsi səbəbi ilə marafona (42 km) maraq əvvəlkilərdən daha yüksək olub. Tədbir çərçivəsində, həmçinin xalq qaçışı, konkisürmə və 10 km məsafəyə qaçış keçirilib.

Naxçıvan idmançısı Əmrah Nağıyev 10 km məsafə üzrə yarışıb. İdmançı məsafəni 35 dəq 48 saniyə ərzində qət edib. Bu göstərici ilə kişilər arasında 15-ci olan Əmrah marafonun medalına layiq görülüb. İlk dəfə marafonda iştirak edən digər idmançımız Amin İsmayılov isə 155-ci olub.

 Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.12.2023 16:48